Rusiyada şagirdlər saçlarını sataraq 90 min rubla (1919 manat) qədər qazanc əldə edirlər. Bu mövzuya artıq oğlanlar da maraq göstərməyə başlayıb.
Ölkə.Az "SHOT"a istinadən xəbər verir ki, qiymət saçın uzunluğundan asılı olaraq dəyişir. Məsələn, 40 santimetrlik uşaq saçlarının 100 qramı orta hesabla 7500 rubl edir. Ən bahalı saçlar isə 75 santimetrdən uzun olanlardır — onların qiyməti 40 min ilə 90 min rubl arasında dəyişir. Qazandıqları pulları şagirdlər şəxsi ehtiyaclarına, bahalı alış-verişlərə və ya valideynlərinə hədiyyə almağa xərcləyirlər.
Uşaq saçları əsasən saç qaynağı üçün alınır. Onlar böyüklərin saçlarından daha bahalıdır, çünki daha yumşaq, incə və kimyəvi müdaxilədən uzaq olurlar. Bazar üçün ən dəyərli saçlar isə 12 yaşına qədər olan qızların uzun və açıq rəngli saçlarıdır.
Salonlar keyfiyyətli saç axtarışındadır. Bu səbəbdən təkcə pul verməklə kifayətlənmir, həm də model saç kəsimi hədiyyə edir və taksi xərcini qarşılayırlar.
Mənbə: https://sonxeber.az