Çində Torpaq Sürüşməsi - Ölənlər Və Itkin Düşənlər Var

Çində Torpaq Sürüşməsi - Ölənlər Və Itkin Düşənlər Var
Çinin cənubunda leysan yağışları torpaq sürüşməsinə səbəb olub. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, sürüşmə nəticəsində 4 nəfər ölüb, 17 nəfər itkin düşüb Yanğınsöndürənlər Bijienin Qingyang kəndində torpaq sürüşməsindən sonra xilasetmə əməliyyatı aparırlar İki nəfər Çanqşi qəsəbəsində, ikisi isə yaxınlıqdakı Qingyang kəndindən ölüb. Burada səkkiz müxtəlif evdən olan 19 nəfərin ilkin olaraq torpaq sürüşməsi nəticəsində itkin düşdüyü bildirilir. Səlahiyyətlilər yaxınlıqdakı ərazilərdə geoloji fəlakətlərlə bağlı risk xəbərdarlığı da edib.

Mənbə: https://sonxeber.az