"Zəngilan" Və "Şayıflı" Stansiyalarında Istehsal Olunan Elektrik Enerjisinin Həcmi Açıqlanıb

2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyaları istismara verilib. Oxu.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. "Zəngilan" KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, "Şayıflı" KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" KSES-də 25,1 mln. kVt·st, "Şayıflı" KSES-də isə 29,8 mln. kVt·st elektrikenerjisi istehsal edilib.

Mənbə: https://sonxeber.az