Meteohəssas Insanların NƏZƏRİNƏ: Güclü Geomaqnit Qasırğası Proqnozlaşdırılır

Meteohəssas Insanların NƏZƏRİNƏ: Güclü Geomaqnit Qasırğası Proqnozlaşdırılır
Günəşin cənub yarımkürəsində yerləşən böyük tac dəliyi mayın 18-də kosmik havaya və Yerin maqnit sahəsinə təsir göstərməyə davam edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Astronomiya laboratoriyasının və Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər. Alimlər bildiriblər ki, Yer mayın 17-də dəliyin təsir zonasına daxil olmağa başlayıb. Hazırda planetimiz kifayət qədər ifrat xüsusiyyətlərə malik dəlikdən axan plazmaya tam qərq olub. Mütəxəssislərin fikrincə, planetin yaxınlığında günəş küləyinin sürəti 700-800 km/s-ə çatır, ətrafdakı qazın temperaturu isə beş dəfədən çox artıb, yarım milyon dərəcə və daha yüksək təşkil edir. Alimlər belə şəraitdə maqnit qasırğalarının baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.

Mənbə: https://sonxeber.az