Redaksiyamıza daxil olan şikayətə əsasən, Nərimanov rayonu ərazisində yerləşən 200 nömrəli orta məktəbin qarşısında valideynlər üçün nəzərdə tutulmuş parkinq sahəsinin "Azparking" tərəfindən zəbt edildiyi iddia olunur.
Sonxeber.az şikayət üzrə xəbər verir ki, övladlarını məktəbə gətirən valideynlər avtomobillərini sözügedən ərazidə saxladıqdan sonra onlardan pul tələb olunub. Valideynlərin sözlərinə görə, həmin parkinq məktəb rəhbərliyi və ya aidiyyəti qurum tərəfindən məhz valideynlərin istifadəsi üçün ayrılıb və burada ödəniş alınmamalıdır.
Valideynlər hesab edirlər ki, "Azparking" tərəfindən parkinq ərazisinin bu şəkildə istifadəyə verilməsi həm onların hüquqlarını pozur, həm də məktəb ətrafında süni sıxlıq və narazılıq yaradır.
Qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə məsələni diqqətdə saxlayırıq. "Azparking" və digər aidiyyəti qurumların məsələyə münasibət bildirəcəyi təqdirdə, mövzu ilə bağlı əlavə məlumat təqdim olunacaq.
2026-01-09
14:06:10
Valideynlər üçün Ayrılan Parkinq "Azparking"in Nəzarətinə Keçdi: 200 Nömrəli Məktəb önündə Narazılıq Var - ŞİKAYƏT
Digər Xəbərlər
-
Anar Mehdiyevə Cinayət Işi Açıldı - Yarım Milyondan çox Yeyinti
2026-01-09 23:09:09 -
Veysəloğlu MMC "Gələcəyin Liderlik Ekosisteminin Qurulması" üzrə Strateji Yanaşmasını Təqdim Edib
2026-01-09 23:03:09 -
Elçilik Zamanı Bəyin Anasının Dediyi Sözlər Diqqət çəkdi - VİDEO
2026-01-09 18:16:09 -
Bakıda Binanın Eyvanı Uçdu (FOTO)
2026-01-09 17:26:10 -
Küləklə Bağlı Növbəti - XƏBƏRDARLIQ
2026-01-09 17:00:11