Elçilik Zamanı Bəyin Anasının Dediyi Sözlər Diqqət çəkdi - VİDEO

Bir qız istəmə mərasimində bəyin anasının söylədiyi səmimi sözlər mərasimə xüsusi rəng qatıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gəlin namizədini atasından istəyən bəyin anası ənənəvi ifadələri fərqli və duyğulu tərzdə səsləndirib. O, "Qızım, qızınız Özləmi, oğlum, oğlunuz Aras Doğukana istəyirik" deyərək həm ənənəni qoruyub, həm də mərasimdə iştirak edənləri duyğulandırıb. Bu sözlər qarşısında hisslərini gizlədə bilməyən gəlin namizədinin atası isə "Doğrusu, hazırda çox duyğulandım" cavabını verib. Mərasim zamanı yaşanan bu səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə də geniş maraq doğurub və istifadəçilər tərəfindən müsbət rəylərlə qarşılanıb.