Turan Hospitalda Qaziyə Yanlış Diaqnoz İddiası: Qan Yuma Təklifi!

Turan Hospitalda baş verən hadisə ciddi suallar doğurur. Qarabağ qazisi Mirəli Hüseynli mədə ağrıları ilə bu xəstəxanaya müraciət edib.

Hüseynlinin sözlərinə görə, qastroenteroloq Şəlalə Mirzəyeva onu qəbul edib. İlkin müayinədən sonra analizlər götürülüb, lakin sonrakı proseslər onu təəccübləndirib.

Analizlərin nəticəsində qanında "xoşagəlməz maddə" aşkarlanaraq, qanın "yuyulması" təklif olunub. Şübhələnən qazi bu proseduru rədd edərək başqa xəstəxanaya müraciət edib.

Təkrar analizlərdə qanında heç bir problem aşkar edilməyib. II Qarabağ müharibəsi iştirakçısı olan 3-cü qrup əlil Mirəli Hüseynli, Turan Hospitalda müayinələrə 300 manat ödədiyini bildirir.

Əgər qanında problem yoxdursa, bu prosedurun təklif edilməsi nə ilə izah olunur? Qazi hüquqi addımlar atacağını və pulunun geri qaytarılmasını tələb edir.

Bu iddialar ciddi suallar yaradır: Hansı analizlərə əsasən qan yuma təklif edilib? Müayinələrin tibbi əsası varmı? Digər xəstəxanada analizlərin təmiz çıxmasının səbəbi nədir?

Aidiyyəti dövlət qurumları araşdırma aparmalıdır. Söhbət tibbi xidmətin keyfiyyətindən və vətəndaşların, xüsusən də müharibə iştirakçılarının hüquqlarından gedir.