Sürücülərin Nəzərinə! Yollarda Görünüş Məsafəsi Kəskin Azalacaq

Azərbaycan avtomobil yollarında sabah, martın 9-da hava şəraiti ilə əlaqədar görünüş məsafəsi əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, rayonlarda müşahidə olunacaq yağıntılı və dumanlı hava şəraiti səbəbindən magistral yollarda görünüş məsafəsi 300 metrdən 800 metrədək enə bilər.

Sürücülərə xüsusilə diqqətli olmaları tövsiyə olunur. Belə hava şəraitində sürət həddinə riayət etmək və təhlükəsiz məsafə saxlamaq son dərəcə vacibdir. Gözlənilməz halların qarşısını almaq üçün əlavə tədbirlər görülməsi də tövsiyə edilir.