Novruzda Istirahət: Bölgələrdə Otel Qiymətləri Necə Dəyişir? - Vi̇deo

Novruz bayramı yaxınlaşır və insanlar tətil günlərini bölgələrdə keçirmək üçün planlar qurur. Yeni il tətillərində olduğu kimi, Novruz bayramında da bölgələrdəki istirahət mərkəzlərində qiymətlərin artması gözlənilir.

Turizm sahəsi üzrə ekspertlər bildirir ki, tələbat yüksək olduğu üçün bayram günlərində otel və kirayə evlərin qiymətlərində artım olacaq. Ən bahalı otellər Qəbələ, Quba, Lənkəran və Qarabağ bölgələrində yerləşir.

Turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Quba-Qusar bölgəsində 4 ulduzlu otellərdə iki nəfərlik bir gecənin qiyməti səhər yeməyi daxil olmaqla 100-120 manatdan başlayır. 5 ulduzlu otellərdə isə bu qiymət 150-250 manat arasında dəyişir.

Şəki-Qax-Zaqatala-Balakən bölgəsində qiymətlər daha münasibdir. Burada 4 ulduzlu otellərdə qiymətlər 80-120 manat, 5 ulduzlu otellərdə isə 150-200 manat təşkil edir.

Cənub bölgəsində 4 ulduzlu otellərdə iki nəfərlik bir gecənin səhər yeməyi daxil qiyməti 80-100 manat, 5 ulduzlu otellərdə isə 100-150 manatdan başlayır.

Qarabağ bölgəsində - Xankəndi, Şuşa və Laçın bölgələrində 4 ulduzlu otellərdə qiymətlər 130-150 manat, 5 ulduzlu otellərdə isə 150-200 manat arasında dəyişir.

Ekspertlər, tələbatın yüksək olacağını nəzərə alaraq, vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və qiymətləri müqayisə etməyi tövsiyə edirlər.