Həcc Ziyarəti Təxirə Salınacaqmı? Son Məlumatlar

Həcc ziyarəti ilə bağlı son vəziyyət

Son hadisələr fonunda Həcc ziyarətinin təxirə salınması ehtimalı ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu məsələ gündəmdə deyil və Səudiyyə tərəfindən də hər hansı bir bildiriş daxil olmayıb.

Əksinə, hazırlıq prosesi davam edir və gündəlik təlimatlar alınır. Həcc ziyarəti üçün ayrılan kvotanın artıq 85 faizi dolub.

Xatırladaq ki, bu il Həcc ziyarətinin qiyməti 6100 ABŞ dolları (10388 AZN) təşkil edir. Həcc ziyarəti üçün sənəd qəbulu martın 7-də başa çatır.