Göyçayda Itkin Düşən Ramil Abdullayevin əşyaları Tapıldı!

Göyçay rayonunda martın 3-dən itkin düşən 31 yaşlı Ramil Abdullayevlə bağlı yeni məlumatlar ortaya çıxıb.

Aparılan axtarış tədbirləri nəticəsində Ramil Abdullayevə məxsus bəzi geyim əşyaları Yuxarı Şirvan kanalı ətrafında aşkar edilib. Bu tapıntı onun kanala düşməsi ehtimalını artırıb.

Hazırda hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Ərazi ətraflı şəkildə axtarılır.

Axtarış-xilasetmə əməliyyatları davam edir.