Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində olub.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı maşınla toqquşub.
Nəticədə avtomobildə olan 4 nəfər - 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB ağır qəzada yaralananların vəziyyətini açıqlayıb:
30.10.2025-ci il tarixdə saat 16:00 radələrində Beyləqan rayonunda avtoqəza hadisəsi səbəbilə 4 nəfər ( kişi ) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
1981-ci il və 1997-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir.
2025-10-30
20:57:07                                                        
Beyləqanda Ağır Qəza - 4 Yaralı Var+Yenilənib
Digər Xəbərlər
- 
                Süpürgəçi Qadın 36 Gündür Komadadır - "Nə "JEK" Maraqlanır, Nə Də Həmin Ailə"2025-10-31 11:50:12
- 
                Müğənni Qəza Vaxtı Maşında Olub2025-10-31 11:28:09
- 
                "Moskva" Univermağının Binasında Qanunsuz Təmir Işləri Aparılıb2025-10-31 11:13:09
- 
                Milli Məclisdə Jurnalistlər üçün Telefon Qadağası Ləğv Edildi2025-10-31 10:56:06
- 
                Respublika Klinik Uroloji Xəstəxanasının Direktoru Vəzifəsindən Azad Olundu2025-10-31 10:44:10
