Sentyabrın 24-ü səhər saatlarında Yasamal rayonu, Mətbuat prospekti, Qələbə dairəsində yol nəqliyyat hadisəsi baş verib. Atasının adına olan avtomobili idarə edən şəxs 61 yaşlı süpürgəçi qadın Kəmalə Alməmmədovanı vurub. 
"Qafqazinfo" Xəzər TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs qadını nə xəstəxanaya aparıb, nə də onunla maraqlanıb. Ağır yaralanan və Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən 4 övlad anası isə 36 gündür komadadır.
"O, 32 nömrəli "JEK"də işləyir. Bu müddət ərzində həmin "JEK"in nümayəndələri bir dəfə gəldi, sonra da maraqlanmadılar. Hadisəni törədən şəxsin ailəsi də xəstəyə cəmi 10 gün baş çəkdi, daha sonra telefonları söndürüb əlaqəni kəsdilər. Özəl hospitalların birindən həkim gətirdik, dedilər 50 faiz sağalmağı üçün 50-60 min manat pul lazımdır. Məbləği eşidəndən sonra hadisəni törədən şəxs burada yoxdur", - K.Alməmmədovanın yaxını Şamil İslamov deyib. 
Məsələ ilə bağlı Yasamal rayon 32 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Kamran Novruzov bildirib ki, birliyin əməkdaşı Kəmalə Alməmmədovanın səhhəti ilə mütəmadi olaraq maraqlanırlar.
Klinki Tibbi Mərkəzdən verilən rəydə bildirilir ki, 1964-cü il təvəllüdlü Kəmalə Alməmmədova hadisə zamanı müştərək qapalı kəllə-beyin travması, soltərəfli yerdəyişən kompleks sınığı, ön və arxa divarın sınığı, fəqərə cisminin qəlpəli sınığı, sağ qasıq sümüyünün sınığı, 5-6-7-8-9-cu qabırğaların sol kürək sümüyünün proksimal üçdə bir sınığı ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyindən bildirib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb: "Ziyanın ödədilməsi, cinayət hadisəsinin obyektiv araşdırlması, yol-nəqliyyat hadisənin ekspertizasının təyin olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir. Ekspertizanın müvafiq rəyi cinayət işinə əlavə olunduqdan sonra qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görüləcək".
2025-10-31
11:50:12                                                        
Süpürgəçi Qadın 36 Gündür Komadadır - "Nə "JEK" Maraqlanır, Nə Də Həmin Ailə"
Digər Xəbərlər
- 
                Gömrük Generalı 636 Nəfəri Vəzifəyə Təyin Edib2025-10-31 17:21:09
- 
                "Yüksək Bal Toplamalıdır" Düşüncəsi Təhsili Yarışa, Uşaqları Isə Bal Maşınlarına çevirir" - AÇIQLAMA2025-10-31 17:11:10
- 
                Noyabrda Hava Belə Keçəcək - AYLIQ PROQNOZ2025-10-31 17:10:12
- 
                Dövlət Qurumlarından 1,5 Milyonluq Sifariş Alan Rasim Rzayev Kimdir?2025-10-31 16:47:11
- 
                Bu şəxslərə Maaşdan əlavə PUL VERİLƏCƏK2025-10-31 16:34:10
 
                            