Martın 7-də Bakıda və Abşeron yarımadasında, həmçinin bir sıra bölgələrdə güclü külək gözlənilir. Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq elan edilib.
Xəbərdarlığa əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə, Mingəçevir, Şirvan, Lerik və Yardımlı rayonlarında şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə qədər yüksələ bilər.
Vətəndaşlara ehtiyatlı olmaq tövsiyə edilir.