Bakıda 21 Yaşlı Gülçin İtkin Düşdü: Axtarışlar Başladı

Bakıda 21 yaşlı Gülçin Novruzlu itkin düşüb. Xəzər rayonunda yaşayan gənc qız evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Gülçin evdən çıxarkən əynində qara şalvar və boz rəngli gödəkçə olub.

Onu görənlərdən və ya haqqında məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, rəsmi sosial media səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03 şəhər nömrələrinə və (050) 821-00-11, (055) 611-83-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.