8 Mart - Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə uyğun olaraq 9 Martın qeyri-iş günü olması səbəbindən Bakı Metropoliteninin iş qrafikində dəyişiklik ediləcək.
Metropoliten rəhbərliyi bu iki qeyri-iş günündə gücləndirilmiş iş rejimində çalışacağını bildirib.
"28 May-Əhmədli" xəttində qatarlar arasındakı interval təxminən 2.5 dəqiqə olacaq. Martın 8-i və 9-da bütün xətlərdə ehtiyat qatarlar və lazımi işçi heyəti hazır vəziyyətdə saxlanılacaq, təhlükəsizlik tədbirləri artırılacaq.
Bənövşəyi xəttdə, eləcə də "Həzi Aslanov-Əhmədli" və "Cəfər Cabbarlı-Xətai" stansiyaları arasında intervallar olduğu kimi qalacaq.
"Bakmil" istiqamətində hərəkət edən sərnişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən yararlana bilərlər.