Azərbaycanda çay Istehsalı 8 %-dən çox Azalıb

Azərbaycanda çay Istehsalı 8 %-dən çox Azalıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 min 602 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 % azdır. Mayın 1-nə ölkədə 48,5 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 39,1 % azdır. Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Mənbə: https://sonxeber.az