Azərbaycan jurnalistikası itki ilə üzləşdi. Tanınmış jurnalist Nicat Novruzoğlu (Rüstəmov) uzun sürən xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib.
Məlumata görə, Nicat Novruzoğlu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun vəfatı media ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.
Qeyd edək ki, Nicat Novruzoğlu uzun illər ərzində "Ədalət" qəzetində fəaliyyət göstərib. Onun vəfatı ilə əlaqədar yaxınlarına və media cameəsinə dərin hüznlə başsağlığı veririk.