8 Mart İftar Vaxtı: Ramazanın 18-ci Günü Dualar Və Zamanlama

Bu gün, mübarək Ramazan ayının on səkkizinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi Ramazan təqviminə əsasən, 8 mart tarixində iftar saat 18:54-dədir.

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, sənin üçün oruc tutdum, Sənin ruzinlə iftar açdım və Sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Allah orucunuzu qəbul etsin!