12.04.2024 14:18
Oxunub: 7 dəfə

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb.
"Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarət edirəm, başımı qoyuram torpağa, orada onunla danışıram. Mən getdim zooparka, orada, bəlkə, iki saat o heyvanlarla dərdləşdim. Dünyada iki aləm var. Biri heyvanlar aləmi, biri insanlar aləmi. Meşəyə girəndə görürsən ki, bu tülküdür, bu çaqqaldır, bu canavardır və sair. Amma insanların içində ayırmaq olmur ki, hansı ilandır, hansı tülküdür, aslandır. Ətrafımızda o qədər insan görkəmində heyvan var. Mən ona görə çəkildim bir kənara. Abır-həyanı qorudum. Dedim ki, abırsızlardan abırını gözlə. Kənara çəkilib sükuta qərq oldum", - deyə, o, bildirib.

Günün Top 10 Xəbəri