14.09.2023 15:18
Oxunub: 3 dəfə

Zabratda ər arvadını boğaraq öldürüb

Sentyabrın 14-də saat 14 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Araşdırma aparılır.

Günün Top 10 Xəbəri