16.04.2024 09:09
Oxunub: 4 dəfə

Yeni taksi tələbinin xərci: "Heç benzinin pulu çıxmır, avadanlığı necə alaq?" - VİDEO

Azərbaycanda taksi xidməti ilə bağlı yeni tələblər müəyyənləşib. Həmin tələblərə görə taksilərdə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi, taksometr və gediş haqqının nağdsız ödənilməsi üçün pos-terminal və bir sıra avadanlıqlar olmaldır. Taksi sürücülərinin bəziləri qoyulan tələblərdən razılıqlarını bildirsə də, bir qismi gəlirlərinin bu avadanlıqları qarşılamayacağını qeyd edib.
SonXeber.Biz xəbər verir ki, taksi sürücüləri "Apa TV"yə yeni qaydalar ilə bağlı öz narahatlıqlarını dilə gətirib.
"Avadanlıqları almamışam. Çünki pul yoxdur. Gərək maşını satım o cihazları alım və daha sonra onunla işləyərik. Taksi burada milyon qazanmır. Heç kəsin evində o qədər pul yoxdur. İndiki vəziyyətdə qiymətlər yaxşı deyil. Heç qiymətlər benzin puluna çatmır. Dünyanın heç bir yerində belə tariflər yoxdur".
Nəqliyyat eksperti Aslan Əsədov deyir ki, ümumi xərci 1000-1500 manat başa gələcək bu avadanlıqları alarkən bir sıra məqamlara diqqət yetirilməlidir.
Ətraflı "Apa TV"nin süjetində:

Günün Top 10 Xəbəri