22.09.2022 22:18
Oxunub: 8 dəfə

Yeni doğulan oğluna 4 milyon manatlıq yaxta aldı - FOTO

ABŞ-ın Mayami ştatında 27 yaşlı Skott Hatçinsonla ailə quran 51 yaşlı Barri Drüit surroqat ana vasitəsi ilə yeni dünyaya gələn oğlu Romeoya 2.8 milyon dollara (təxminən 4 760 000 manata) yaxta və 34 600 dollara (təxminən 58 820 manata) geyim alıb. Körpənin qarderobunda "Burberry", "Gucci", "Versace", "Dior", "Tommy Hilfiger", "Ralph Lauren" kimi dizaynerlərin paltarları var.
SonXeber.Biz xəbər verir ki, bu barədə "New York Post" yazır.
Homoseksual olan Barri övladlarına hər şeyin ən yaxşısını verməyə çalışdığını deyir. Romeodan başqa, cütlüyün Valentina adlı 2 yaşlı qızı var. Barri 2019-cu ildə ayrıldığı 56 yaşlı sevgilisi Toni Drüit-Barlou ilə 22 yaşlı Safron və Aspen, 18 yaşlı Orlando və 11 yaşlı Casper və Dallas adlı əkizləri böyüdüb.
Şahzadə adlandırdığı Valentina barədə Barri bunları deyir:
"O, istədiyi hər şeyi istədiyi zaman əldə edir. Onun ən son model qacet və oyuncaqlarla dolu oyun otağı var. Bundan başqa, qızın şəxsi aşpazı, qayğısına qalan dayəsi və xüsusi ev personalı da mövcuddur. Bu personala hər gün uşağın saçlarına qulluq edən saç ustası daxildir".
Varlı atanın ABŞ-ın Florida ştatında malikanəsi var və o, İngiltərənin Esseks qraflığında da daha birini almağı planlaşdırır.
Valentinanın bircə yatağının qiyməti 38 min funt sterlinqdir (təxminən 72500 manat). Romenonun otağı isə hələ tam hazır deyil, lakin onun adına olan bank hesabında artıq 2 milyon funt sterlinq (təxminən 3 800 000 manat) var.
Barlou tez-tez qınaq və həsədlə qarşılaşdığını, bunun da onda depressiya yaratdığını etiraf edir.
"Biz sizə və ya ailənizə zərər verəcək heç bir şey etmirik, siz də sadəcə insanların xoş gününə sevinin, bir az sevgi göstərin və rahatlayın! Həyat çox qısadır, öz həyatınızdan zövq alın və başqaları üçün sevinin! Kimdəsə hər şeyin yaxşı olduğunu gördükdə mən həmişə onun üçün sevnirəm", - deyə Barlou fikirlərini bölüşüb.

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Ən çox oxunanlar