16.04.2024 23:36
Oxunub: 4 dəfə

Yaponiya əhalisi sürətlə azalır - Son 75 ilin ən dramatik göstəricisi

Yaponiyada əhalinin sayı son 13 ildə dəfələrlə azalıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə düşüb.
Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb.
1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu azalma son 75 ildə ən dramatik azalma olub.
Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.
Ən çox əhali itkisi şimal-şərqdəki "Tohoku" bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.
Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.

Günün Top 10 Xəbəri