17.04.2024 10:09
Oxunub: 4 dəfə

Xüsusi təyinatlı arvadını öldürüb, intihara cəhd etdi - FOTO

Bütöv bir ailəni məhv edən hadisə Türkiyədə qeydə alınıb.
SonXeber.Biz türk mediasına istinadən xəbər verir ki, xüsusi təyinatlı polis məmuru Mehmet Kanat həyat yoldaşı ilə birlikdə bayram üçün atasının yanına gedib.
İddialara görə, Mehmet Kanat əvvəllər aralarında düşmənçilik olduğu və bayram münasibətilə barışdığı qohumu ilə spirtli içki içməyə başlayıb. O, yoldaşınında sözügedən yaxını ilə barışmağını istəyib.
Həyat yoldaşı buna etiraz edəndə tərəflər arasında mübahisə yaranıb. Xüsusi təyinatlı polis xidməti silahı ilə əvvəlcə əmisi oğlunu, daha sonra isə həyat yoldaşını güllələyərək öldürüb.
Daha sonra polis məmuru yoldaşını qətlə yetirdikdən sonra özü intihara cəhd edib. Digər ailə üzvlərinin xəbəri üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib.
Başından iki güllə dəymiş Kübra Kanatı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Yoldaşının vəziyyətinində ağır olduğu öyrənilib.

Foto

Günün Top 10 Xəbəri