19.09.2023 12:36
Oxunub: 21 dəfə

Xocavənddə həlak olan polisin FOTOSU

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Modern.az bildirir ki, həlak olan polislərdən biri Zamanov Xəzər Azər oğludur.
1998-ci ildə anadan olan polis əməkdaşı Sədərək rayonundandır. Onun əmisi Aydın Zamanov 1990-cı illərin əvvəllərində Sədərək döyüşlərində şəhid olub.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanıb.
Həlak olan polisin fotosunu təqdim edirik:

Foto

Günün Top 10 Xəbəri