29.03.2024 16:18
Oxunub: 5 dəfə

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub".
Bunu SonXeber.Biz-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı:
"Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi heç şübhə doğurmur. Nikol Paşinyanın növbəti dəfə xəritə əlində bu kəndlərin Ermənistana məxsus olmadığını deməsi Ermənistan hakimiyyətinin bu kəndləri Azərbaycana qaytarmaq istəməsinə əyanı sübutdur. Təbii ki, hər hansı pərakənda fəaliyyət göstərən kiçik bir qrupun müqavimət göstərməsi mənasızdır.
Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri ya Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir, ya da siyasəti belə yaxşı bilən birinin yalnız və yalnız erməni hökumətinin maraqlarına xidmət etməsinə işarədir. Bu səfər bəlkə də erməni cəmiyyətini sakitləşdirməyə xidmət edir. Amma erməni ordusu da, xalqı da Azərbaycan dövlətinin gücünə bələddir. Ohanyan hazırki şərtlərin 90-cı illərdəki kimi olmadığını çox yaxşı biləcək qədər "yaxşı " siyasətçidir".
Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb.

Günün Top 10 Xəbəri