19.04.2024 14:54
Oxunub: 2 dəfə

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir
Mövzu ilə bağlı Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov SonXeber.Biz-a açıqlama verib.
Mütəxəssis Xəzər dənizində suyun azalma əsas səbəbini biz iqlim amillərində görür:
"Xəzər dənizində suyun azalma əsas səbəbini biz iqlim amilləri ilə izah edirik. Xəzər dənizinə tökülən çayların sululuğunun azalması fonunda Xəzərdə olan buxarlaşmanın olduğu kimi qalır. Bu da dənizin səviyyəsinin tədricən aşağı düşməsi ilə nəticələnir. Paralel olaraq temperaturun artması nəticəsində suda olan oksigenin miqdarı azalır. Bu isə dənizdə həyat şəraitini ağırlaşdırır. Yəni dəniz canlılarında boğulmalar yaranır. Bu da Xəzər dənizin ekologiyasına ciddi təsir edir.
Əsas problemlərdən biri də çirklənnmə prosesidir. Çirkab sular birbaşa Xəzər dənizə axıdılır. Bu da əsasən Volqa çayı nəticəsində Xəzər dənizinə tökülür. Xəzər dənizində çirklənmənin getdiyi sahələr çoxdur. Gələcəkdə ola bilsin ki, Xəzər dənizinin səviyyəsi yenidən qalxsın"

Günün Top 10 Xəbəri