06.04.2024 23:09
Oxunub: 12 dəfə

Xankəndidə və digər ərazilərdə silahlar aşkarlanıb

Ötən gün vətəndaşlardan 21 silah götürülüb.
Bu barədə SonXeber.Biz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1 440 ədəd müxtəlifçaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1 005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Günün Top 10 Xəbəri