25.03.2024 14:18
Oxunub: 17 dəfə

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar tapıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlifçaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Günün Top 10 Xəbəri