09.04.2024 21:45
Oxunub: 7 dəfə

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq.
Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq.
SonXeber.Biz xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib.
Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarından birində keçiriləcək.
Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natiqoğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə evlidir. Fatimə Xalq artisti Alim Qasımovun nəvəsidir./SonXeber.Biz

Günün Top 10 Xəbəri