26.09.2022 17:18
Oxunub: 15 dəfə

Vətən müharibəsi veteranını və fiziki qüsurlu şəxsi aldatdığı deyilən tikinti şirkətinin rəhbərindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, özünü "Günəşli İnşaat" tikinti şirkətinin rəhbəri kimi qələmə verən Firutan Məmmədov torpaq satmaq adı ilə 44 günlük Vətən müharibəsi veteranın, eləcə də fiziki qüsurlu şəxsin pullarını mənimsəyib.
Məsələ ilə bağlı Firutan Məmmədovla əlaqə saxladıq.
O, açıqlamasında hər iki qadının səsləndirdiyi iddiaların əsassız və yalan olduğunu bildirib:
"Onların heç biri mənə pul verməyib. Hər iki iş məhkəmədədir. Oktyabrın 20-də Sevil Xəlilovanın işi ilə bağlı məhkəmə qərar verəcək. Sənədlərə baxanda görəcəksiniz ki, o qadınların heç biri mənə pul verməyib. Şölə Qasımovanın istəyi ilə tikinti dayandırılıb. O, aylıq ödənişi ödəyə bilmədiyini dedi. Biz də razılaşdıq ki, ödənilən pulu hissə-hissə geri ödəyim. Pulun bir hissəsini də qaytarmışam. Sevil Xəlilovadan pulu işçim Əliyeva Cəvahir Nahid qızı alıb. O, pulu müştəridən kassa mədaxili etmədən götürüb və mənimsəyib. Mən Cəvahir Əliyevanı Nefçala Rayon Məhkəməsinə verdim. Onun özü də təsdiqlədi ki, kassa mədaxili etmədən Sevil Xəlilovadan pul alıb. Sizə şikayət edən Sevil Xəlilova da orada idi. Mən hər zaman qazilərə və şəhid ailələrinə dəstək oluram. Məqsədli şəkildə məni ləkələmək istəyirlər".
Aysel Yusifqızı

Ən çox oxunanlar