28.03.2024 13:36
Oxunub: 4 dəfə

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyib ki, ölkə daxilində və xaricdə yaradılacaq "hökumət"i Ermənistan heç bir halda tanımayacaq. Bəs sözügedən separatçılar Qarbağda hər hansı bir təxribat törədə bilərlər?
Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev SonXeber.Biz-a açıqlamasında deyib ki, Qarabağdan gedən separatçılar Ermənistanda və xaricdə "Qarabağ hökuməti"nin yaradılmasına cəhd edirlər:
"Onlar çalışırlar ki, bunu Ermənistanda tanış olsun. Amma burada Ermənistan və Azərbaycanın separatçı rejim ilə bağlı yanaşmaları üst-üstə düşür. Belə ki, Ermənistan hökuməti heç bir halda nə ölkəsinin daxilində ya da xaricdə hər hansı bir separatçı qurum yaradılacaqsa Ermənistan bunu tanımır. Əslində Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasına əsas əngəllərdən biri də bu ola bilər. Azərbaycanın tələbləri var ki, Ermənistan həm himndə, konstitusiyada, həm də müstəqillik altında Azərbaycana qarşı düşmənçilik elementləri əks etdirən elementləri oradan çıxarmalıdır. Buna görə də separatçı rejimə dair qurumun yaradılması bu kontekstdə qiymətləndirilir".
Ekspertin sözlərinə görə, Ermənistan yaxşı bilir ki, "qurum" sülh sazişinə zərbə vuracaq:
"Ermənistan bunu bildiyi üçün, heç bir halda ölkəsində və xaricdə separatçı rejimi qəbul etmir. Tam da doğru yanaşmadır. Azərbaycanın yanaşması budur ki, artıq sözügedən məsələ bitib. Əgər gələcəkdə hansısa erməni vətəndaşı istəsə Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşaya bilər. Bu baxımdan Azərbaycanda tərəfi separatçı rejimi sahədə bitirib. Bu baxımdan separatçı rejimin rəhbərləri hüquq-mühafizə orqanlarının nəzarətindədir və sorğulanır. Qarabağda separatçı rejim tamamilə çökdürüldü. Təbii ki, Ermənistanda ölkəsində separatçılar ilə bağlı qəti addımlar atmalıdır".
Xatırladaq Paşinyan bir sıra məsələlərə aydınlıq gətirib. O, bildirib ki, mesaj hər kəsə aydın olmalıdır. Lazım gələrsə, müvafiq addımlar və tədbirlər görülməlidir ki, digər məsələlərlə yanaşı, xarici qüvvələr Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün müəyyən dairələrdən istifadə etməsinlər.
Sevda Səfərova

Günün Top 10 Xəbəri