29.03.2024 09:54
Oxunub: 5 dəfə

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.
Bu barədə SonXeber.Biz-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Günün Top 10 Xəbəri