26.08.2023 21:36
Oxunub: 10 dəfə

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 6 % artıb
Bu ilin yanvar-iyul aylarında 436 min 335 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə səyahət edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23 min 839 nəfər və yaxud 5,7 % çoxdur.
7 ay ərzində Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edənlərin 1,6 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyəyə ən çox səfər edənlər Almaniya, Rusiya, İngiltərə, Polşa və Bolqarıstan vətəndaşları olub.
Təkcə iyulda isə Türkiyəyə 108 min 322 nəfər Azərbaycan vətəndaşı səyahət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 min 567 nəfər və yaxud 46,8 % artım deməkdir. Ay ərzində Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edənlərin 1,5 %-ni təşkil edib
Günün Top 10 Xəbəri
Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO


Körpəsini binadan atan qadın onu tualetdə dünyaya gətiribmiş...


Ərdoğan Naxçıvan səfərindən danışdı


Ermənidən azərbaycanca etiraf:"Ermənilər millət deyil, azərbaycanlıları çox sevirəm" -VİDEO


Yeni doğulan uşağa Metamfetamin adı verdilər

