13.04.2024 23:36
Oxunub: 5 dəfə

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edilir ki, cinayətkarlar təxminən 20-22 yaşlı gənclərdir, onlar hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günün Top 10 Xəbəri