19.04.2024 10:09
Oxunub: 5 dəfə

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib.
Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub.
Həmçinin zəlzələnin baş verdiyi bölgələrdə binaların məscid minarələrinin uçduğu, qayaların bağladığı yolların texnikalarla açıldığı görünür. Qruplar zərərin qiymətləndirilməsi işlərini sürətlə davam etdirir və zərər çəkmiş ərazilərə yardımın çatdırılması üçün koordinasiya təmin edilir.
Səlahiyyətlilərin zəlzələ nəticəsində dəymiş ziyanın tam həcmi və gün ərzində zərər çəkənlərin vəziyyəti barədə ətraflı məlumat verməsi gözlənilir.
Xatırladaq ki, təbii fəlakət ət hadisəsi ötən gün baş verib. 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.


Foto

Foto

Foto

Günün Top 10 Xəbəri