15.09.2021 11:27
Oxunub: 11 dəfə

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
"Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür.
Bu mənalı gündə Qafqaz İslam Ordusunun qalib komandiri Nuru Paşanı, onun qəhrəman ordusunu və Qafqazın qəlbində mərhəmət və minnətdarlıqla yatan minlərlə şəhidimizi anırıq", - deyə o, "Twitter" hesabında qeyd edib.

Ən çox oxunanlar