07.04.2024 23:36
Oxunub: 7 dəfə

Tiflisdə partlayışda polis əməkdaşı da öldü

Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır.
SonXeber.Biz axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var.
Qeyd edək ki, parlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Günün Top 10 Xəbəri