23.03.2024 22:27
Oxunub: 12 dəfə

Terrordan son anda xilas olan Röyadan YENİ AÇIQLAMA - VİDEO

Moskvada dünən terror aktı baş verən ticarət mərkəzində azərbaycanlı məşhurlar da olub.
Xezerxeber.az-ın məlumatına görə, silahlı insident baş verən dəqiqələrdə həmin məkanda Xalq artisti Röya Ayxanın konsert proqramı ilə çıxışı planlaşdırılırdı, lakin hadisə səbəbindən konsert təxirə salınıb və sənətçi binadan təxliyə edilib.
Bu gün saat 17:00 radələrində Bakıya qayıdan Xalq artisti baş verənlər haqqında danışıb.
Hadisə zamanı azərbaycanlı gənc müğənni Ayaz Babayev də "Crocus City Hall"da olub.
O "Xəzər Xəbər"ə açıqlamasında baş verənlərin çox sarsıdıcı olduğunu və hələ də hadisənin şokudan ayılmadığını deyib.
Tanınmış stilist-vizajist Anar Ağakişiyev də dünən axşam saatlarında sözügedən ticarət mərkəzində olub. O, bu barədə sosial şəbəkədə video paylaşıb.

Günün Top 10 Xəbəri