24.03.2024 15:54
Oxunub: 8 dəfə

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub.
SonXeber.Biz xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb.
O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib.
Aktyor hadisədən sonra "Biz sağıq... Hər kəsə başsağlığı diləyirəm... Dəhşət idi" sözlərini yazıb.
Qeyd edək ki, martın 22-də törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.

Günün Top 10 Xəbəri