27.03.2024 13:09
Oxunub: 10 dəfə

Tələbə qızlar saçyolduya çıxdılar - VİDEO

Türkiyədə tələbə qızlar bir-birilərilə saçyolduya çıxıblar.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
İki tələbə qız dostları ilə parkda görüşüblər. Bir müddət sonra problemi olan iki orta məktəb şagirdi mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrilib. Onlar bir-biri ilə əlbəyaxa olub. Hər iki tərəfin dostlarının da iştirak etdiyi dava daha da böyüyüb və iki qız yerdə sürüklənib. Dava kənardan gələn vətəndaşın müdaxiləsi ilə başa çatıb.
Həmin anlar gənclərin dostları tərəfindən mobil telefonun kamerasına düşüb.

Günün Top 10 Xəbəri