16.04.2024 14:54
Oxunub: 3 dəfə

"Taksilər ilə bağlı yeni qanun qüvvəyə minir, "Prius" markalı avtomobilərin aqibəti necə olacaq? - Açıqlama

Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək Ölkə ərazisində çox sayda "Toyota Prius" markalı avtomobillər taksi kimi fəaliyyət göstərir. "Prius" markalı avtomobillərin kütləvi satışı ilə bağlı görüntülər yayılmağa başlanılıb. Bəs bu maşınlara aqibəti nə olacaq.
Məsələ ilə bağlı nəzarət-təftiş komitəsinin üzvü, avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyev SonXeber.Biz-a açıqlama verib.
Ekspert "Prius" markalı avtomobilərin qiymətinin daha da aşağı düşəcəyini bildirib:
""Prius" markalı avtomobillərin kütləvi satışı və qiymətlərinin kəskin aşağı düşməsi taksi kimi istifadə edilməsi ilə bağlı idi. Taksilər ilə bağlı yeni qanun qəbul edilib. Bu qanun iyul ayından qüvvəyə minəcək. Bu səbəbdən "Prius" markalı avtomobillərə təlabat yoxdur.
Ona görə də hazırda "Prius" markalı avtomobillərin kütləvi satışını izləyirik. Qiymətlərinin idə çox aşağı olduğunu görürük. Əvvəl bu avtomobilərin satışında süni qiymətlərini görürdük . İndi isə bazar dəyərində satılır. Bundan sonra da "Prius" markalı avtomobilərin qiymətinin daha da aşağı düşəcəyini müşahidə edəcəyik".

Günün Top 10 Xəbəri