16.04.2024 10:54
Oxunub: 7 dəfə

Vəsiqəsi olmadan maşın sürdü, cərimə yazan polisi BIÇAQLADI

Türkiyədə bir gənc sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə polis tərəfindən cərimələnib. Bu zaman gəncin yanında olan qardaşı həmin polisi bıçaqlayıb.
SonXeber.Biz xarici mediaya istinadən xəbər verir ki, vəsiqəsi olmadan avtomobil idarə edən qardaşına cərimələyən polisi bıçaqlayan şəxs həbs edilib.
Cinayətkar xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını omba nahiyəsindən bıçaqlayıb. Hadisədən sonra yaralı polis məmuru xəstəxanaya aparılıb.
Cani saxlanılaraq məhkəməyə sövq edilib. O, məhkəmə qərarı ilə həbs edilib.

Günün Top 10 Xəbəri