11.04.2024 15:27
Oxunub: 15 dəfə

Sumqayıtda tanınmış iş adamı vəfat etdi

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib.
SonXeber.Biz SonXeber.Biz-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, iş adamı insultdan vəfat edib.
Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.
O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.
1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən məscid onun təşəbbüsü ilə inşa olunub.
M.Nəcəfovun bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Günün Top 10 Xəbəri