12.09.2023 17:45
Oxunub: 8 dəfə

Suada və Kristoferin Malibu FOTOLARI

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını yayımlayıb.
SonXeber.Biz xəbər verir ki, cütlük Malibuya yollanıb. Onlar gün batımında obyektiv qarşısına keçərək, səmimi şəkillər çəkdiriblər.
Suada paylaşımına "Odlu gün batımı, ərimiş ürəklər. Çiskin, qara buludların arxasında gizlənməyə çalışan günəş altında Malibu çimərliyi... Burada gün batımını seyr etmək və dəniz məhsullarının dadına baxmaq... Sevgi havadadır" sözlərini yazıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.

Foto

Foto

Foto

Foto

Günün Top 10 Xəbəri