06.04.2024 15:54
Oxunub: 9 dəfə

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb.
50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.
Jalə Əliyeva isə (57 kq) 1/4 finaldan mübarizəyə qoşulub. İdmançı ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.

Günün Top 10 Xəbəri