07.04.2024 23:54
Oxunub: 9 dəfə

Son mübarizəsində ayağı qırılan Makqreqor oktaqona qayıdır - VİDEO

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb.
Bu barədə o özünün "X" sosial şəbəkə hesabında paylaşıb.
"Tezliklə", - deyə Makqreqor bildirib.
Qeyd edək ki, 34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Porye ilə olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.

Günün Top 10 Xəbəri