16.04.2024 20:09
Oxunub: 4 dəfə

Sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb

Şanlıurfadan Samsuna gedən sərnişin avtobusuna Kayseridən minən Sercan Cümbüş əlindəki şüşə butulkanı qıraraq sərnişinləri girov götürməyə çalışıb. Bu vaxt avtobusun ön qapısını açan sürücünün xəbərdarlığı ilə sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər. Həmin şəxs yol bələdçisini girov götürüb.
Hadisə yerinə polis qrupları gəlib. Polisin keçirdiyi əməliyyat zamanı saxlanılan Cümbüş dindirildikdən sonra prokurorluğa göndərilib. İfadəsində psixoloji problemləri olduğunu və səfər zamanı girov götürdüyü şəxslə mübahisə etdiyini deyən Cümbüş peşman olduğunu bildirib. (SonXeber.Biz)

Günün Top 10 Xəbəri