22.09.2022 22:36
Oxunub: 39 dəfə

Səfərbərlikdən qaçan rusiyalılar Gürcüstanla sərhəddə tıxac yaradıblar – VİDEO
Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi əhali tərəfindən heç də birmənalı qarşılanmayıb. Vətəndaşların bir qismi mövcud vəziyyətə etiraz etsələr də, digər bir qismi çıxış yolunu ölkəni tərk etməkdə tapıb.
Məhz bu səbəbdən də, dövlət başçısının məlum çıxışından sonra rusiyalıların ölkədən kütləvi qaçışı başlayıb. Qonşu ölkələrə üz tutan rusiyalılar Gürcüstanla sərhəddə tıxaca səbəb olublar.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Rusiya-Finlanfiya sərhədində də analoji vəziyyətin hökm sürdüyü bildirilir.
Günün Top 10 Xəbəri
Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər


Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO


Yevlaxdakı görüş sabah olacaq


Paşinyan erməni xalqına müraciət edəcək


İki gün sonra nişanı olacaqdı... - Foto


İqor Nikolayev mürəkkəb ürək əməliyyatı keçirib


"Kərimə salam verdim, almadı" - Ağamirzə

